MSK üç partiyanın nümayəndələrini qeydə aldı

MSK üç partiyanın nümayəndələrini qeydə aldı
  28 Oktyabr 2019    Oxunub:1889
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində üç siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Müzakirələrdən sonra Yeni Azərbaycan Partiyasının (YAP), Demokratik İslahatlar Siyasi Partiyasının və Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Bələdiyə   YAP  





Xəbər lenti