"İndiyədək 4765 nəfər namizədliyini irəli sürüb" - MSK sədri

"İndiyədək 4765 nəfər namizədliyini irəli sürüb" -  MSK sədri
  28 Oktyabr 2019    Oxunub:1301
“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 4765 nəfər namizədliyini irəli sürüb”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bunların 65 faizi kişi, 35 faizi isə qadındır: “Bunların 80 faizi ali təhsillidir. Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək istəyən namizədlərə lazımi şərait yaradılıb”.

Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti