Prezident çexiyalı həmkarını təbrik edib

 Prezident çexiyalı həmkarını təbrik edib
  28 Oktyabr 2019    Oxunub:1934
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm".

Azvision.az


Teqlər: Prezident   Çexiya   Məktub  





Xəbər lenti