Ərinə narkotik aparan qadın saxlanıldı

  28 Oktyabr 2019    Oxunub : 714
Ərinə narkotik aparan qadın saxlanıldı
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin müalicə müəssisəsinə və 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan Rüstəmov Xəyyam Həsənqulu oğluna qohumu Bakı şəhər sakini Rüstəmov Tural Yaqub oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman sovqatda olan şalvarın bel nahiyəsində xüsusi üsulla gizlədilmiş bükülüdə 1,056 qram tiryək aşkarlanıb.

Cinayət Məcəlləsinin 234.1-ci və 66.5-ci maddələrinə əsasən bir il altı ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda müalicə müəssisəsində cəza çəkən İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı - Sumqayıt şəhər sakini İlyasova Aygün Asif qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı onun paltarında gizlədilmiş iki bükülüdə 1,237 qram heroin və 0,038 qram metamfetamin aşkarlanıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: Həbsxana   Narkotik