Qatarların Sabunçu stansiyasınadək hərəkəti bərpa olunur

  28 Oktyabr 2019    Oxunub : 738
Qatarların Sabunçu stansiyasınadək hərəkəti bərpa olunur
Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.

Qeyd edək ki, 26 avqust 2019-cu ildən Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.

Qatarların hərəkət cədvəli ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az

Teqlər: Qatar