Füzulidə maşın su kanalına aşıb

Füzulidə maşın su kanalına aşıb
  29 Oktyabr 2019    Oxunub:1522
Füzuli rayonunun Bala Bəhmənli kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza   Füzui  





Xəbər lenti