Fədayə Laçın azadlığa çıxdı - Yenilənib

  29 Oktyabr 2019    Oxunub : 2731
 Fədayə Laçın azadlığa çıxdı - Yenilənib
Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın bu gün azadlığa çıxıb.

Azvision.az -ın məlumatına görə, tanınmış müğənni 1 saylı Bakı İstintaq Təcridxanasından sərbəst buraxılıb.
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində saxlanılıb. Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə ələ keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni 5 il müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 30-da F.Laçının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib. Qərara əsasən onun cəzası 2 ilə endirilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: FədayəLaçın   Azadlıq