Bu marşrut xəttinə 20 yeni avtobus buraxılacaq

Bu marşrut xəttinə 20 yeni avtobus buraxılacaq
  29 Oktyabr 2019    Oxunub:2522
Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri olə əlaqələndirən 535 saylı marşurt xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək: "Bu avtobuslar 525 saylı marşurt xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq".

Azvision.az



Teqlər: Avtobus   Marşrut  





Xəbər lenti