Erməni əsgər "Facebook"da tanış olduğu oğlanın yanına qaçıb

  29 Oktyabr 2019    Oxunub : 800
Erməni əsgər "Facebook"da tanış olduğu oğlanın yanına qaçıb
Ermənistan ordusunun 10 gün əvvəl yoxa çıxan əsgəri tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Hərbi polisin rəisi Artur Bağdasaryan əsgərin hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, əsgərin anası bildirib ki, oğlunun qəribə vərdişi var və əlinə pul düşən zaman bir neçə günlük yoxa çıxır.

"O, hərbi hissəni tərk edəndə pulu olub. Qardaşı ona 20 min dram göndərib və özündə də 5 min olub. Əsgəri İrəvanda dostunun evində tapıblar. Onların hər ikisi hərbi polisə aparılıb. Dostu onunla "Facebook"da tanış olduğunu deyib. İki oğlan bir neçə gün birlikdə qalıblar", - deyə hərbi polisin rəisi vurğulayıb.

A.Bağdasaryan qeyd edib ki, məsələ tibbi ekspertiza zamanı daha dəqiq aydınlaşacaq.

Azvision.az

Teqlər: Əsgər   Ermənistan