“Razılaşdıq ki, əvvəlcə mən, sonra Putin...” - Paşinyan

  29 Oktyabr 2019    Oxunub : 1178
 “Razılaşdıq ki, əvvəlcə mən, sonra Putin...” - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilin birinci yarısında Rusiyaya ilk rəsmi səfərini edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Paşinyan özü "Kommersant" qəzetinə müsahibəsində deyib. Paşinyan Rusiya Prezidenti Valdimir Putinlə dəvət mübadiləsi etdiklərini söyləyib:
"Razılaşdıq ki, əvvəlcə mən rəsmi səfər edim, daha sonra isə Putin. Gələn ilin ikinci yarısında Putinin Ermənistana səfəri gözlənilir".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Paşinyan   Rusiya   Putin