Gəncədə ağır yol qəzası - 2 nəfər ölüb

Gəncədə ağır yol qəzası -    2 nəfər ölüb
  29 Oktyabr 2019    Oxunub:5526
Oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Gəncə   Qəza  





Xəbər lenti