Kərbəlada etirazlar davam edir: 18 ölü, 800 yaralı

  29 Oktyabr 2019    Oxunub : 876
 Kərbəlada etirazlar davam edir: 18 ölü, 800 yaralı
İraqın təhlükəsizlik qüvvələrinin Kərbəla bölgəsində nümayişçilərə müdaxiləsi nəticəsində 18 nəfər ölüb, 800-dən çox insan yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin qeyri-hökumət təşkilatları və siyasi fəallar məlumat yayıblar.

İraq təhlükəsizlik qüvvələrinin Kərbəladakı etirazçılara qarşı müdaxiləsi ilə bağlı bəzi görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Xatırladaq ki, iraqlılar işsizlik, korrupsiya, dövlət xidmətlərinin aşağı səviyyədə olmasına etiraz edirlər. Oktyabrın 1-dən başlayan etiraz aksiyaları ölkənin müxtəlif şəhərlərini əhatə edir. Məlumata əsasən, nümayişlər başlayandan bu günə kimi 92 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İraq   Etiraz   Kərbəla