Bakıda piyadanı vurub qaçan sürücü tapıldı

  29 Oktyabr 2019    Oxunub : 1025
Bakıda piyadanı vurub qaçan sürücü tapıldı
Oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən bildirilib.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Piyada   Həbs