Britaniyanın ticarət elçisi Prezidentin qəbulunda - Yenilənib

  29 Oktyabr 2019    Oxunub : 1935
 Britaniyanın ticarət elçisi Prezidentin qəbulunda - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az xəbər verir ki, Azərbaycan ilə Böyük Britaniya arşında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı enerji sahəsində Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyri-neft sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin genişlənməsində Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu qeyd etdi.

Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu deyən Baronessa Emma Nikolson iqtisadi, ticari, mədəni və humanitar sahələrdə əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini bildirdi. O, Azərbaycana səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdiyini, Muğam Mərkəzində olduğunu və bu Mərkəzin onda böyük təəssürat yaratdığını dedi.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı, səhiyyə, elm, təhsil, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparıldı.



Azvision.az

Teqlər: Prezident   Britaniya