Gömrükdə avtomobil ehtiyat hissələri aşkarlandı

Gömrükdə avtomobil ehtiyat hissələri aşkarlandı
  29 Oktyabr 2019    Oxunub:2689
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsi ilə salon aralığında xüsusi düzəldilən yerdə gizlədilən 4 ədəd mühərrik, ümumilikdə, 34 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Avtomobil   Gömrük  





Xəbər lenti