Ağdaşda yeni məktəb binası tikiləcək

  29 Oktyabr 2019    Oxunub : 627
Ağdaşda yeni məktəb binası tikiləcək
Prezident İlham Əliyev oktyabrın 29-da “Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam   Ağdaş