Litva nümayəndə heyəti “ASAN xidmət”də - FOTO

Litva nümayəndə heyəti “ASAN xidmət”də -    FOTO
  29 Oktyabr 2019    Oxunub:2589
29 oktyabr 2019-cu il tarixində Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin direktoru Zidrinas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Azvision.az xəbər verir ki, qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.



Bildirilib ki, bu günədək 33 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.



Azvision.az



Teqlər: Litva   ASAN  





Xəbər lenti