Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı
  29 Oktyabr 2019    Oxunub:1338
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatın gödəkcəsinin cibində gizlədilmiş bükülüdə 2,1 qram tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Təcridxana   Narkotik  





Xəbər lenti