Üç rayonun qaz təchizatında fasilələr olacaq

  29 Oktyabr 2019    Oxunub : 745
Üç rayonun qaz təchizatında fasilələr olacaq
Ağdaş, Cəlilabad və Göyçayın təbii qaz təchizatında fasilələr olacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Oktyabrın 30-da qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, yeni tikilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və sair işlərlə bağlı saat 09:00-dan işlər başa çatanadək Ağdaş, CəlilabadGöyçay rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

Azvision.az

Teqlər: Azəriqaz   Qaz