`ASAN xidmət` 3 elektron xidmət növü göstərəcək

`ASAN xidmət` 3 elektron xidmət növü göstərəcək
  13 Dekabr 2013    Oxunub:745
Azərbaycanda dövlət elektron xidmət növlərinin siyahısı genişləndirilib.
Nazirlər Kabineti 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na dəyişikliklər edib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, dövlət elektron xidmətlərinin siyahısına yeni hissə (37.1) əlavə edilib. Həmin hissəyə əsasən "ASAN xidmət" 3 elektron xidmət növü göstərəcək:

- İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu;

- "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədi ilə onlayn növbənin tutulması;

- "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətin nəticəsində təqdim edilməli olan hazır sənədlə bağlı məlumatın verilməsi.


Teqlər:





Xəbər lenti