Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

  Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
  30 Oktyabr 2019    Oxunub:1924
Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Azvision.az



Teqlər: Dəm-Qazı   Xəstəxana  





Xəbər lenti