“Layihələri iflasa uğradı” - Çavuşoğlu ABŞ-a cavab verdi

  “Layihələri iflasa uğradı”  - Çavuşoğlu ABŞ-a cavab verdi
  30 Oktyabr 2019    Oxunub:1811
“Barış pınarı” əməliyyatı ilə böyük oyunu pozduq. Layihələri iflasa uğrayanlar rəflərdəki köhnə sənədləri qucaqlayıblar.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirərkən yazıb.
“Bu yolla bizdən intiqam alacaqlarını düşünənlər yanılırlar. Tarixi siyasətə alət edənlərin bu utancverici qərarı hakimiyyətimiz və xalqımızın gözündə heç bir məna kəsb etmir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu   Soyqırım  





Xəbər lenti