“Azərbaycanda siqaretin qiyməti hələ də ucuzdur” - ÜST rəsmisi

  30 Oktyabr 2019    Oxunub : 987
“Azərbaycanda siqaretin qiyməti hələ də ucuzdur” - ÜST rəsmisi
Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də ucuzdur, hazırda bu istiqamətdə işlər aparılır.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, Azərbaycanda tütünlə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib: "Amma qanunun qəbulu əsas olsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var".

H.Harmancı əlavə edib ki, Azərbaycan hökuməti ilə ÜST arasında bağlanan növbəti əməkdaşlıq müqaviləsinin müddəti bu il başa çatır. Buna görə də Azərbaycan hökuməti ilə növbəti iki il -2020-2021-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalanacaq.

ÜST rəsmisi yeni müqavilədə qeyri-yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığının qorunması istiqamətlərinin əməkdaşlıqda əsas prioritet olacağını söyləyib.

Aytən Zəhra
Azvision.az

Teqlər: ÜST   Siqaret