“Son görüşdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyib” - Sergey Lebedev

 “Son görüşdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyib” -    Sergey Lebedev
  30 Oktyabr 2019    Oxunub:2353
"MDB-yə üzv ölkələrdə bizim ümumi və milli təhlükəsizliyimizin təmin olunması üçün müvafiq orqanlar arasında əməkdaşlığın və addımların koordinasiyasına xüsusi diqqət yetirilir".
Azvision.az xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında çıxışı zamanı deyib.

Sədr bildirib ki, inteqrasiyanın bu sahəsi iştirakçı ölkələrin, həmçinin MDB-nin özünün sabitliyinin qorunması üçün önəmli faktorlardan biri olaraq qalır.

"Təəssüflər olsun ki, bizim Anapa şəhərində baş tutan son görüşümüzdən bəri dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək konflikt potensialı hələ də qalmaqdadır. Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı bizə məlum olan ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir. Kosmik məkanda silah yerləşdirmək cəhdləri də davam etdirilir. Bizim birliyin Qərb sərhədlərində NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi, aktivliyini artırması xüsusi narahatlıq doğurur".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MDB   Lebedev  





Xəbər lenti