ÜST-nin Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib
H.Harmancı qeyd edib ki, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdilər.
"Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-nin Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin edilirlər. Bu prosedur BMT tərəfindən müəyyən edilib. Yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər"
H.Harmancı BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinə də beynəlxalq statusun verildiyini xatırladıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: ÜST