Bakıda oğurluq edən şəxslər saxlanılıb

Bakıda oğurluq edən şəxslər saxlanılıb
  30 Oktyabr 2019    Oxunub:1027
Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Rəhimov və əvvəllər məhkum olunmuş S.Abasov saxlanılıb.

T.Rəhimovun ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 177 (oğurluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti