Miqrasiya Xidmətinin rəisi Oleq Kapitanovu qəbul edib

Miqrasiya Xidmətinin rəisi Oleq Kapitanovu qəbul edib
  30 Oktyabr 2019    Oxunub:1344
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Sankt-Peterburq Hökumətinin üzvü-Millətlərarası münasibətlər və Miqrasiya Siyasətinin həyata keçirilməsi üzrə Komitənin sədri Oleq Kapitanovla görüşüb.
Azvision.az Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan və Rusiya arasında mövcud olan tarixi əlaqələrdən, yaxın qonşuluq münasibətlərindən bəhs edən Xidmət rəisi, hər iki ölkənin dövlət başçıları arasında sıx dostluq münasibətlərinin olduğunu, çoxsaylı görüşlərin qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində xüsusi rolunu qeyd edib.

Görüşdə Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər, tətbiq olunan innovasiyalar, miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verilib. Həmçinin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin, iki ölkənin miqrasiya qurumları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Səmimi qəbula görə təşəkkür edən Oleq Kapitanov ölkələrimiz arasında hər zaman yaxşı münasibətlərin olduğunu bildirib, səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: DMX   Miqrasiya   Vüsal-Hüseynov  





Xəbər lenti