“ABŞ FETÖ-yə məhkum olacaq qədər kiçildimi?” - Ərdoğan

  30 Oktyabr 2019    Oxunub : 808
 “ABŞ FETÖ-yə məhkum olacaq qədər kiçildimi?” - Ərdoğan
“ABŞ Konqresinin Nümayəndələr Palatasının “Barış pınarı” əməliyyatına görə Türkiyəyə qarşı sanksiyaların tətbiqinə dair qərarını şiddətlə rədd edirik”.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib. Ərdoğan bildirib ki, tarixləri soyqırım, köləlik, istismar ləkələri ilə dolu bir ölkənin Türkiyəyə söz deməyə və dərs keçməyə haqqı yoxdur.
ABŞ FETÖ-yə məhkum olacaq qədər kiçildimi? Türkiyə Ədliyyə Nazirliyi dəfələrlə bu adamla bağlı ABŞ tərəfinə müraciət etdi, məhkəmə dosyelərini göndərdi, amma bunlara baxmadınız. Türkiyədə dövlət çevrilişinə cəhd edən terroçunu ölkənizdə saxlayırsınız. Ondan sizə fayda gəlməz. Ya bizə təslim edəcəksəniz, ya da bundan sonra günahkarlarla bağlı anlaşmalar məsələsində bizdən qarşılıq gözləməyin.

On minlərlə insanın qatili PKK-nı dəstəkləmək üçün Türkiyəyə və mənim özümə hücum edənlərlə heç vaxt razılaşmayacağam. Türkiyəni açıq şəkildə deyil, əlaltından vurmağa çalışanlar hər zaman uğursuzluğa düçar oldular, bu dəfə də olacaqlar", - deyə Ərdoğan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ərdoğan