Müdafiə nazirlərinin Bakı görüşü - FOTOREPORTAJ

Müdafiə nazirlərinin Bakı görüşü -  FOTOREPORTAJ
  30 Oktyabr 2019    Oxunub:3578
Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. İştirakçılar iclasdan əvvəl Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra öz işinə başlayan iclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak ediblər.

İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı təsdiq edilib. Bundan başqa, cari hərbi əməkdaşlıq və qarşıda duran bir sıra məsələlər müzakirə olunub.

Azvision.az MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən 77-ci iclasından hazırladığı fotoreportajı təqdim edir:

























































Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Bakı   MDB   NazirlərŞurası   İclas  





Xəbər lenti