“ABŞ Nümayəndələr Palatasının qətnaməsini pisləyirik” - PA-nın şöbə müdiri
Hikmət Hacıyev qeyd edib ki, həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Ermənistan və erməni lobbi dairələri qondarma “erməni soyqırımı”nı siyasi möhtəkirlik obyektinə çeviriblər. Onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ona görə də Ermənistan həmin dövrün hadisələrinin Birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etmir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.
Azvision.az
Teqlər: PA ABŞ Hikmət-Hacıyev Qondarma-Soyqırım