9 ayda Azərbaycanda 10 yeni körpü tikilib

9 ayda Azərbaycanda 10 yeni körpü tikilib
  30 Oktyabr 2019    Oxunub:1629
Cari ilin 9 ayı ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 10 yeni körpü tikilib, 12 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində Bakı şəhərində təmirə ehtiyacı olan ümumi uzunluğu 242,8 kilometr küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib.

Qeyd olunub ki, Tədbirlər Planına əsasən, həmçinin Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq 9 ayda ümumi uzunluğu 903,5 kilometr təşkil edən 32 layihə üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Buraya 4 respublika əhəmiyyətli, 23 kəndlərarası və Bakı şəhərinin 5 qəsəbələrarası avtomobil yolu layihələri daxildir.

Azvision.az



Teqlər: Yol   Tikinti   Təmir  





Xəbər lenti