MSK “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb
Nəşrdə bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış namizədlərin hüquq və vəzifələri, onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib.
Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
“Namizədlər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən əldə etmək olar.
Azvision.az