Bakıda evlərdən oğurluq edən əcnəbi tutulub

  30 Oktyabr 2019    Oxunub : 753
Bakıda evlərdən oğurluq edən əcnəbi tutulub
Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili Baş Cinayət Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aparılmış tədbirlərlə onun daha dörd evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Oğurluq