İçərişəhərdə siqaret qadağasına əməl olunmur? - İdarədən cavab
"“İçərişəhər” DTMQ ərazisində təbii olaraq eyni məhdudiyyətlər tətbiq edilir və onlara riayət edilməsinə “İçərişəhər” DTMQ İdarəsinin müvafiq struktur qurumları tərəfindən daim nəzarət edilir".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı ölkəmizdə tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmədiyini deyib. Onun sözlərinə görə, İçərişəhər tütündən azad zona olsa da, orada siqaret qadağasına əməl olunmur.
H.Harmancı vurğulayıb ki, İçərişəhərdə fəaliyyət göstərən kafelərdə insanlar siqaret çəkməkdə davam edirlər.
Aytən Zəhra
Azvision.az
Teqlər: İçərişəhər Siqaret