Cəbhədə erməni təxribatlarının 10 aylıq statistikası

  31 Oktyabr 2019    Oxunub : 652
Cəbhədə erməni təxribatlarının 10 aylıq statistikası
Ermənistan silahlı qüvvələri cari ilin 10 ayında atəşkəs rejimini 6323 dəfə pozub.
Azvision.az -ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri yanvarda 809, fevralda 678, martda 735, apreldə 716, mayda 713, iyunda 455, iyulda 262, avqustda 648, sentyabrda 643, oktyabrda isə 664 dəfə cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Düşmən Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazaxrayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə məruz qoyub.

Bundan əlavə, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavəndrayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin, bu müddətdə düşmən Ordumuzun mövqeləri ilə yanaşı, cəbhəboyu zonada yerləşən kəndləri və mülki şəxsləri hədəfə alaraq atəşkəs rejiminin tələblərini dəfələrlə pozub. 

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Atəşkəs   Cəbhə