“Qarabağ”ın Avroliqadakı rəqibi xal itirdi - VİDEO

  31 Oktyabr 2019    Oxunub : 931
“Qarabağ”ın Avroliqadakı rəqibi xal itirdi - VİDEO
Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun oyunları davam edir.
Azvision.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Sevilya” səfərdə “Valensiya”nın qonağı olub.

“Mestalya” stadionunda keçirilən görüşün birinci hissəsinin sonunda qonaqlar Lukas Okamposun qolu ilə hesabda irəli çıxsalar da, 81-ci dəqiqədə Ruben Sobrino komandasını məğlubiyyətdən xilas edib və oyun 1:1 hesablı bərabərliklə başa çatıb.



Qeyd edək ki, hazırda “Sevilya” 20 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Azvision.az

Teqlər: Sevilya   Qarabağ