Nazir iş adamları ilə görüşdü

Nazir iş adamları ilə görüşdü
  31 Oktyabr 2019    Oxunub:1153
Oktyabrın 30-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri və palatada təmsil olunan iş adamları ilə görüşü keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ətraf mühitin mühafizəsi, ekoturizmin inkişafı, mövcud ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən layihələr və nazirliyin qarşısında duran vəzifələrlə bağlı təqdimatla çıxış edib.

Görüşdə iştirak edən iş adamlarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az



Teqlər: ETSN   Nazir  





Xəbər lenti