“Ümid edirəm ki, İlham Əliyev Londona səfər edəcək” - Britaniya rəsmisi

“Ümid edirəm ki, İlham Əliyev Londona səfər edəcək” -  Britaniya rəsmisi
  31 Oktyabr 2019    Oxunub:2274
"Azərbaycan Prezidenti İlham Əliyev ilə çox məhsuldar və pozitiv görüş oldu"
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib.

Britaniyanın ticarət elçisi bildirib ki, Prezident İlham Əliyev dəfələrlə Londonda səfərdə olub: "Sonuncu dəfə Azərbaycanın dövlət başçısı ilə "Əsrin müqaviləsi"nin sonrakı mərhələsinin imzalanma mərasimində görüşmüşdüm. Ümid edirəm ki, Azərbaycan Prezidenti yenə də Londona səfər edəcək və onunla görüşmək imkanımız olacaq. Onu yenidən qəbul etmək bizim üçün böyük şərəf olar. Sözsüz ki, bu səfərlər Azərbaycan ilə Böyük Britaniya arasında münasibətləri daha sıx və yaxın edir. Bu da bizim əsas məqsədimizdir. Nəzərə almalıyıq ki, Böyük Britaniya Avropa İttifaqını tərk edir, ona görə bu, bizim üçün kifayət qədər mühüm məsələdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BöyükBritaniya   BaronessaEmmaNikolson  





Xəbər lenti