Atmosfer yağıntılarının miqdarı 14% azalıb

Atmosfer yağıntılarının miqdarı 14% azalıb
  31 Oktyabr 2019    Oxunub:1139
Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14% azalıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının (YAP) Qərargahında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, iqlimin “sürətlə” istiləşməsi tendensiyası ölkəmizdə də özünü biruzə verir.

Nazir bildirib ki, hava-iqlim prosesləri ilə bağlı risklər artır: "Araşdırmalar göstərir ki, 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,40 dərəcə yüksəlib. Bu proseslərin qarşısını almaq mümkün deyil, lakin beynəlxalq təcrübə göstərir ki, əvvəlcədən xəbərdarlıq verməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədi ilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə xidmət göstərən müasir müşahidə sistemləri olan radarların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeorloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti