"Ən böyük qurbanlar arasında kürd analar da var" - Türkiyə PA

"Ən böyük qurbanlar arasında kürd analar da var" -  Türkiyə PA
  31 Oktyabr 2019    Oxunub:1356
Beynəlxalq ictimaiyyət bu müharibə cinayətinə səssiz qalarkən, kürd və türk analar PKK/YPG-nin onlarca uşağı terror təşkilatına cəlb etməsinə qarşı çıxış edir.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezident Administratsiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün "Twitter" səhifəsində yazıb. O bildirib ki, onilliklər boyu davam edən PKK / YPG zorakılığının və uşaqların təşkilata cəlb
edilməsinin ən böyük qurbanları arasında kürd analar var:

"Onlar cəzalandırılmaqdan qorxaraq susurdular. Onlar artıq danışmaqdan qorxmurlar! Yetər deyirlər! "Bütün terror təşkilatları bənzər cəlb etmə üsullarından istifadə edir və oxşar qruplar tərəfindən dəstəklənir. Onlar ən çox dinc sakinlərə zülm edirlər. Bu analar övladlarının geri qayıtmasını istəyirlər. Beynəlxalq ictimaiyyət bunu dinləyəcəkmi".

Azvision.az


Teqlər: Türkiyə   PKK   Terror  





Xəbər lenti