“O qədər nərə balığı yoxdur ki, restoranlarda satılsın”

 “O qədər nərə balığı yoxdur ki, restoranlarda satılsın”
  31 Oktyabr 2019    Oxunub:5018
"Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur: "Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Restoranlarda digər balıq ətinin nərə balığı adı ilə verilməsi halları müşahidə edilir. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”.

Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işləri davam edir və ildən ilə bu proses artır: "Bir zamandan sonra bunun müsbət nəticələrini görmək mümkün olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nərə   Balıq   Ekologiya  





Xəbər lenti