Sarkisyan Qarabağdan danışdı: “Qoy, məni həbs etsinlər”

Sarkisyan Qarabağdan danışdı:  “Qoy, məni həbs etsinlər”
  31 Oktyabr 2019    Oxunub:2243
“Mən özümə görə heç nədən qorxmuram. Amma məsuliyyətsiz populistlərin ölkəni fəlakətə aparan siyasətlərindən hələ də qorxuram”

Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Andranik Marqaryan siyasi məktəbində sertifikatların təqdimetmə mərasimindən sonra məzunlardan birinin sualını cavablandırarkən deyib.
Sarkisyan həbs edilməkdən qorxmadığını bildirib: “Əgər mənim həbsim xalqımızı razı və xoşbəxt edəcəksə, 1 mart, 27 oktyabr hadisələri tam açıqlanmış sayılacaqsa, ölkəmiziə qarşı təhdidlər zərərsizləşdiriləcəksə, Qarabağla bağlı danışıqlar düzgün istiqamətə qayıdacaqsa, qoy məni həbs etsinlər. Mən qərarlarını dəyişən insanlardan deyiləm, heç vaxt qərarımı dəyişməmişəm. Əgər cəmiyyətdə olmamağım geniş iqtisadi inqilaba gətirəcəksə, Ermənistana qayıdanların sayını o qədər artıracaqsa, biz bununla sadəcə qürur duyacağıq, o zaman məni həbs etsinlər”.

Keçmiş prezident əlavə edib ki, Ermənistan vətəndaşları ilə sadə və səmimi bir söhbət edəcəyini vəd vermişdi, artıq həmin müddət yaxınlaşır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti