Avtomobil oğrusu ələ keçdi

Avtomobil oğrusu ələ keçdi
  31 Oktyabr 2019    Oxunub:1925
Oktyabrın 30-da Beyləqan rayon sakini İ.Fərəcova Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edib həmin gün saat 18 radələrində Q.Qarayev prospektindəki evlərdən birinin qarşısında orada park xidməti göstərən Bərdə rayon sakini X.Mehdizadəyə “Mercedes” markalı avtomobilini saxlamaq üçün verməsini, sonuncunun isə avtomobili qaçırmasını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nərimanov rayonu ərazisində ön və dam hissəsi əzilmiş vəziyyətdə tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən X.Mehdizadə polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Maşın   Oğurluq  





Xəbər lenti