Sabah yağış yağacaq

   Sabah yağış yağacaq
  31 Oktyabr 2019    Oxunub:1823
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 13-15, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti