Növbəti narkotik əməliyyatı - 4 nəfər saxlanıldı

  31 Oktyabr 2019    Oxunub : 724
Növbəti narkotik əməliyyatı - 4 nəfər saxlanıldı
Abşeronda 3, Şəmkirdə isə 1 nəfər narkotiklə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini E.Əliyevin idarə etdiyi “Great Wall” markalı avtomobildən 31 qramdan artıq metamfetamin, habelə sərnişinləri, Yardımlı rayon sakinləri M.Sultanovdan və qohumu, əvvəllər məhkum olunmuş S.Sultanovdan 169 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Həmçinin, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini M.Qurbanovdan 438 qrama yaxın marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: Narkotik   Abşeron   Şəmkir