Avropadan gələn tənqid - Paşinyanın fraksiyası təcili toplandı

  Avropadan gələn tənqid  - Paşinyanın fraksiyası təcili toplandı
  31 Oktyabr 2019    Oxunub:1991
Avropa Şurası Venesiya Komissiyasının sədri Cani Bukikonun Ermənistanın Konstitusiya Məhkəməsi ilə bağlı bəyanatından sonra baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının təcili toplantısı keçirilib.
Azvision.az “Past” nəşrinə istinadən xəbər verir ki, iclasda Bukikonun bəyanatı müzakirə edilib və bundan hakimiyyətin dərin narahatlığı ifadə olunub.

Bəyanatın tam mahiyyətini anlamaq üçün hətta iclasa ekspertlər də dəvət edilib.

Venesiya Komissiyası sədrinin bəyanatının mətnində Ermənistan hakimiyyətinin açıq şəkildə tənqid edilməsi hər kəsə aydın olsa da, hakim fraksiya bunu cəmiyyətə arzuolunan prizmadan təqdim etmək üçün mümkün olan hər şeyi etməyi qərara alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti