Bakıda maşın oğurlayan əcnəbi tutulub

Bakıda maşın oğurlayan əcnəbi tutulub
  31 Oktyabr 2019    Oxunub:1884
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini A.Alməmmədov oktyabrın 29-da saat 6 radələrində Sulutəpə qəsəbəsinin ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırılmasını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əcnəbi vətəndaş R.Şaxməmmədov saxlanılıb.

Azvision.az


Teqlər: Maşın   Oğurluq  





Xəbər lenti