ABŞ turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

ABŞ turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar
  31 Oktyabr 2019    Oxunub:1153
Oktyabrın 30-da ABŞ-ın yəhudi icmasını təmsil edən heyətin tərkibindəki turoperatorlarla yerli turizm şirkətlərinin nümayəndələri arasında tanışlıq görüşü baş tutub.
Azvision.az xəbər verir ki, B2B (Biznesdən-biznesə) formatında keçən görüşdə Azərbaycanı təmsil edən 70-ə yaxın turizm şirkəti iştirak edib.

İştirakçılar ixtisaslaşdıqları turizm növləri üzrə təklif etdikləri xidmətlər barədə qarşılıqlı fikir mübadiləsi aparıblar.
ABŞ turoperatorları ilə ikitərəfli müzakirələr zamanı mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş çərçivəsində keçirilən təqdimatlar zamanı qonaqlara Azərbaycanın hotel və qonaqpərvərlik, eləcə də işgüzar tədbirlər sahəsində mövcud potensialı barədə geniş məlumatlar verilib.

Həmçinin Azərbaycanın müxtəlif turizm istiqamətləri üzrə potensialı, turizm marşrutları, qədim memarlıq abidələri və milli mətbəxi barədə təqdimatlar keçirilib.

Azvision.az



Teqlər: Turizm   Agentlik  





Xəbər lenti