Bakıda ağır qəza - 7 qadın yaralandı

  31 Oktyabr 2019    Oxunub : 1093
 Bakıda ağır qəza - 7 qadın yaralandı
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə Yeni Ramana yolunda qeydə alınıb. Qəza nəticəsində xəsarət alanlara yardım etmək üçün əraziyə bir neçə təcili yardım briqadası göndərilib.

"Altı qadın Təcili Tibbi Yardım avtomobili, bir qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir", - deyə məlumatda bildirilib.

Azvision.az

Teqlər: Səhiyyə   Nazirlik