Bakıdakı avtobus qəzasında 7 nəfər yaralanıb - BNA

 Bakıdakı avtobus qəzasında 7 nəfər yaralanıb -  BNA
  31 Oktyabr 2019    Oxunub:1884
Bakı Nəqliyyat Agentliyi avtobus qəzası ilə bağlı məlumat yayıb.
BNA-dan Azvision.az -a verilən məlumata görə, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99 RS 657 dövlət nömrə nişanlı avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: BNA   Avtobus   Qəza  





Xəbər lenti